24 iyul 2023 11:50
506

Uşağın barmağında qalan dəmir halqa belə çıxarıldı - VİDEO

Bakıda uşağın barmağında qalan dəmir halqanı FHN-in xilasediciləri çıxarıb.

“İki sahil” xəbər verir ki, "112" telefon xəttinə Nəsimi rayonunda uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Təcili tibbi yardım briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.