25 iyul 2023 02:29
910

Gecələri gündüzündən daha gözəl olan 9 unikal məkan

Dünyada o qədər gözəl yerlər var ki, onları nadir adlandırmaq olar. Gecələr gündüzdən tamamilə fərqli bir görünüşdə olanlar xüsusilə gözəldir. Onları tanımaq həqiqətən maraqlıdır, elə deyilmi?

Vaitomo mağarası, Yeni Zelandiya

Orada nadir atəşböcəyi növü vardır ki, yalnız bu bölgədə tapılıb və Arachnocampa luminosa adlanır. Mağaranı gecələr heyrətamiz şəkildə işıqlandırır.

Asiya subtropiklərində meşələr

Belə meşələrə girəndə qəfildən Mycena chlorophos-a rast gələ və özünü psixodelik bir filmdə hiss edə bilərsən.

Yazda ABŞ-ın Tennessi meşələri

İldə bir dəfə atəşböcəyinin bütün qrupları eyni vaxtda parlayaraq meşəni gözəl bir mənzərəyə çevirir.

Alberta, Kanada

Şimal işıqları bir neçə yerdə görünməsinə baxmayaraq, Alberta da bir başqa gözəldir. Şəhər bütün dünyada bununla  tanınır.

Kilauea, Havay

Burada gecələr qırmızı işıqlar sadəcə atəş deyil, onlar əriyən qayadan parıltıya çevrilən və gözəl gecə qürub illüziyasını yaradan kükürd buxarıdır.

Uyuni düzənliyi, Boliviya

Boliviyada bu ərazidə torpaq o qədər düzdür və üfüq xəttinə o qədər az maneə var ki, dərinlik hissi tamamilə itir.

Meşə Parkı, Nyu York

Oxşar parlaq göbələklərə Şimali Amerikanın meşələrində rast gəlmək olar. Orada lusiferin adlı piqmentin oksidləşməsi nəticəsində parlayan 70 növdən çox göbələk bitir.

Toyama körfəzi, Yaponiya

Oranı “işıqlandıran” parlayan kalamarlardır. Onlar adətən dənizin dərinliklərində tapılır.

Mavi Qrotto, Kapri adası, İtaliya

Bu mağara da öz fərqli və unikal gecələri ilə məşhurdur. Mağaradakı su kənardan gələn işıq sayəsində parlaq görünür.

Nubar Süleymanova, “İki sahil”