Cəmiyyətimiz vaxtilə Xocalı soyqırımının ildönümü günü bir əxlaqsızlıq yuvasında küçə qadınları ilə əyyaşlıq edərkən yaxalanan, sosial şəbəkələrdəki küçə jarqonları ilə məşhuri-cahan olan Q.Zahidin dabbaqda gönünə bələddir
Bu günlərdə türk dünyasının mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa möhtəşəm bir beynəlxalq tədbirə ev sahibliyi etdi. Belə ki, Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilatın və media qurumunun, 60 yerli media rəhbərinin və nümayəndəsinin iştirakı ilə iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirildi.
Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlərin müzakirəsi nəzərdə tutulur. Dünyanın tanınmış və nüfuzlu media rəhbərləri, ekspertləri rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, rəqəmsal transformasiya, müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması, yeni mediada istehlak tendensiyaları və media savadlılığı, dezinformasiya və feyk nyusla mübarizə üsulları, jurnalistlərin təhlükəsizliyi və digər məsələlər müzakirə edilib.
Yeri gəlmişkən, bu günə qədər bir çox möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən, Qarabağımızın tacı Şuşa şəhəri indi müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərlərini, media, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri bir araya topladı. Və Şuşadakı bu tədbirdə Azərbaycan reallıqları dünya ictimaiyyətinə çatdırıldı.
Təbii ki, bütün bunlar hamımızı, ürəyi Vətən eşqi ilə alışıb yanan hər bir azərbaycanlını sevindirir, qəlbini iftixar hissi ilə döyündürür.
Ancaq həmişə olduğu kimi, deyəsən bu dəfə də Şuşada keçirilən beynəlxalq tədbir- Qlobal Media Forumu radikal müxalifətin başbilənlərini, bütövlükdə bütün antimilli ünsürləri ciddi narahat edib. Belə ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasından narahat olan bu xəyanətkarlar sosial şəbəkələrdə dərhal anti-Azərbaycan kampaniyasına start veriblər. Belə satqın avantüristlərdən biri də feyk jurnalist Qənimət Zahiddir. Bu xəyanətkar Şuşada Azərbaycan mediasının inkişafı və mətbuatın sağlamlaşdırılması ilə əlaqədar tədbirləri “tənqid obyekti”nə çevirməyə çalışmaqla, əsl antimilli xislətini və mənfur niyyətini nümayiş etdirir. Buradaca əsl reallıqları inkar edərək ictimai rəydə çaşqınlıq yaratmaq istəyən Q.Zahid kimi avantüristə özü ilə bağlı gerçəklikləri xatırlatmaq yerinə düşər. Belə ki, sosial şəbəkələrdə, xüsusilə ermənipərəst dairələrin maliyyəsi ilə fəaliyyət göstərən internet tv-lərdə həyasızcasına dezinformasiya və feyk informasiyalar yaymaqla ermənilərin tezislərini təkrarlayan, əxlaqdan, mənəviyyatdan, milli mənlik şüurundan uzaq olan, psixoloji, mənəvi-əxlaqi sarsıntılar girdabında çırpınan Q.Zahid bu cür çirkin “fəaliyyət”i cəmiyyətimizə “jurnalistika” kimi sırımağa çalışsa da, heç nəyə nail ola bilmir.
Antimilli ünsürlərin ön cərgəsində dayanan bu xəyanətkar “jurnalist” hətta bir az da irəli gedərək “Dəmir yumruq”dan narahatlığını, daha dəqiq desək, isterikasını bildirir. Maraqlıdır, “Dəmir yumruq” erməniləri, separatçıları, revanşistləri və onların havadarlarını təşvişə salır. Görəsən nə üçün vicdan hissini itirmiş Q.Zahid araik arutyunyanlardan, ruben vardanyanlardan daha çox canfəşanlıq edir? Həm də niyə bu həşəmətli “bəy” ermənidən daha çox ermənilik edir? Belə görünür ki, Qənimət Zahid kimilər də onlarla bir sıradadır. Çünki onların hamısı eyni mənbədən yallanır, yəni məlum yerdən-erməni lobbisindən və onların nəzarətində olan bəzi beynəlxalq təşkilatlardan maliyyələşirlər.
Şübhəsiz, araiklərlə, rubenlərlə bir sırada dayanan, ölkəmizin milli maraqlarını Azərbaycan əleyhdarlarının beş-on quruşuna satan, xaricdəki ağalarının sifarişi ilə antimilli missiyasını bu gün də ləyaqətsizcəsinə davam etdirən Q.Zahid kimilərin isterikası da internet tv-lərdəki bəsit, yorucu, məntiqsiz monoloq və “moizələri” insanlarımıza vız gəlir. Çünki cəmiyyətimiz vaxtilə Xocalı soyqırımının ildönümü günü bir əxlaqsızlıq yuvasında küçə qadınları ilə əyyaşlıq edərkən yaxalanan, eləcə də Soros fondundan gələn yüzminlərlə pulu “əqidədaşı” Ə.Kərimli ilə bölmək istəmədiyinə görə, daha doğrusu, ona “atdığı” üçün Fransada “cəbhəçilərlə” əlbəyaxa olan, sosial şəbəkələrdəki küçə jarqonları ilə məşhuri-cahan olan əxlaqdan kasad Q.Zahidi yaxşı tanıyır.
Zahid Rza, “İki sahil”
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib