Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib və qeydə alınmayıb.
“İki sahil” “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.
“Təəssüf hissi ilə bildirirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”, - o əlavə edib
Paşinyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarını oxuyub. O, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Stefan Viskontiyə və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatından sitatlara istinad edib.
“Separatçılar Ermənistanın köməyi ilə Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın daha 7 rayonunu nəzarətdə saxlamaqda davam ediblər”, - deyə Paşinyan Dövlət Departamentinin hesabatlarından birindəki qeydi oxuyub.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib