20 aprel 2018 14:35
4299

Dişlərlə bağlı maraqlı məlumatlar

Müasir dünya müxtəlif sürprizlərlə doludur. Elm inkişaf etdikcə təsəvvür belə etmədiyimiz maraqlı faktlar ortaya çıxır. Aşağıda sizə stomatologiya, dişlərlə bağlı maraqlı faktları təqdim edirik:

1. Neylon hissəcikli diş fırçaları ilk dəfə 1938-ci ildə yaranıb. O vaxta qədər digər materiallardan olan fırçalar mövcud idi. 1498-ci ildən Çində at, donuz, porsuq tükündən olan fırçalar mövcud idi.

2. İlk ortodontik konstruksiya Pier Foşar tərəfindən 1728-ci ildə hazırlanıb. O, ip vasitəsilə dişə birləşdirilən hamar bir metal idi. Texniki tərəqqi davam etdikcə, sonralar breketlər, dişlər üçün vinir və s. yaradıldı və daha keyfiyyətli və rahat materiallardan istifadə olundu.

3. Yaxın keçmişə qədər Britaniya adalarında diş protezləri bağışlamaq ən gözəl toy hədiyyəsi hesab olunurdu. Onlar düşünürdülər ki, tezliklə bütün dişlər itirilə bilər və protezə ehtiyac yarana bilər.

4. Ağzımızdakı çeynəmə əzələlərinin gücü 195 kiloqrama bərabərdir. Əlbəttə ki, bu təzyiqə parodont tab gətirə bilməz.

5. Dünyaca məşhur diş məcunu şirkəti “Colgate” öz məhsullarını ispandilli ölkələrdə təqdim edərkən gözlənilməz hadisə ilə qarşılaşmışdı. Belə ki, “colgate” ispan dilindən tərcümədə “Sürüş burdan” mənası verirmiş.

6. ABŞ-ın Vermont ştatının qanunlarına görə, qadın həyat yoldaşının yazılı icazəsi olmadan protez dişdən istifadə edə bilməz.

7. XIX əsrdə süni keramika dişləri hazırlamaq texnologiyası ixtira edilənə qədər döyüş sahəsinə düşmüş əsgər dişləri diş protezləri üçün istifadə edilirmiş. Beləliklə, Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsindən sonra ingilis stomatoloqları çənlərlə dolu belə dişlər aparmışdılar.

8. Fransız kralı XI Lüdovikin dövründə aristokrat qadınlar yalnız şorba ilə qidalanırdılar və hesab edirdilər ki, çeynəmə üzdə erkən qırışlara səbəb olur.

9. İlk stomatoloqlar etrusklar olublar. Onlar hələ eramızdan əvvəl VII əsrdə müxtəlif məməli heyvanların dişlərindən istifadə etməklə, kifayət qədər möhkəm körpü protezlər düzəldə bilirdilər.

10. Diş protezləri radioaktiv ola bilər. Protezlərin təxminən yarısının tərkibində uranın mikroskopik hissəcikləri ilə zəngin keramik komponentlər var. Uran əlavə edilmədən protezlər təbii işıqlanmada yaşıl çalarlı olardı.

11. Diş xəstəlikləri dünyanın ən çox yayılmış xəstəlikləri hesab olunur. Məsələn, planetin demək olar ki, qinqvitlə (damaq soyuqdəyməsi) rastlaşmayan sakini yoxdur.

12. Çinin Kulanq şəhərində işlənmiş diş fırçalarının toplanması üçün yeddi mərkəz fəaliyyət göstərir. Burada təxminən hər yarım kq çəkidə işlənmiş diş fırçası gətirənə 35 sent pul ödənilir.

Nubar Süleymanova, “İki sahil”