Laçın yolu Azərbaycanın suveren ərazisinin tərkib hissəsidir.
“İki sahil” xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
O, bu xüsusda, Azərbaycanın öz ərazisində, öz vətəndaşlarının istifadəsi üçün sərhəd-keçid məntəqəsi təsis etdiyini bildirib.
Beynəlxalq Ədalət Məhkəməsinin son qərarında da bu hüququn təsbit olunduğu diqqətə çatdırılıb. Bunu həzm edə bilməyən Ermənistan tərəfindən isə Azərbaycan sərhədçisinə atəş açıldığı, dövlət bayrağımıza qarşı təxribat törədildiyi, Laçın yolundan sui-istifadə hallarının davam etdirildiyi vurğulanaraq, Laçın yolundan istifadəyə məhdudiyyət törədən tərəfin Ermənistan olduğu diqqətə çatdırılıb. Azərbaycan tərəfindən tibbi məqsədlər ilə əlaqədar yoldan erməni sakinlərin istifadəsi üçün şərait yaradıldığı, daha çox məhsulların tədarükü üçün isə onların cəmiyyətimizə reinteqrasiyasına töhfə verə biləcək “Ağdam-Xankəndi” yolundan istifadənin təklif olunduğunu diqqətə çatdırıb.
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib