Azərbaycan-Ermənistan sərhədində, “Laçın” sərhəd buraxılış məntəqəsində son vəziyyəti əks etdirən görüntülər yayılıb.
“İki sahil” xəbər verir ki, sərhədçilərimiz tərəfindən özləri və yükləri yoxlanan Qarabağın erməni əhalisi Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə sərhədi keçib.
Həmçinin kadrlardan da görünür ki, Xankəndiyə girişdə gərginlik davam edir. Humanitar yardım şousu yaradan Ermənistana məxsus 19 yük maşını ərazidə qalmaqdadır. Onlar Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan deyil, israrla “Laçın” dövlət sərhədi buraxılış məntəqəsi vasitəsilə hərəkət etmək istəyirlər.
AzTV-nin Laçın postundan çəkdiyi görüntüləri təqdim edirik:
Korsika ilə bağlı konstitusiya qanunu layihəsi Azərbaycan parlamentində dəstəklənib
Vüqar Rəhimzadə: “Türk Dünyası Həftəsi” xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib