27 iyul 2023 22:59
600

Tofiq Yaqublu deyir ki, Fransanın ermənipərəst mövqeyi bizə sərf edir

Görəsən, bu xəyanətkar “biz” deyəndə kimi nəzərdə tutur, erməniləri, separatçıları, yoxsa antimlli şuranı?

İndi hamımız yaxşı bilirik ki, yaşadığımız əsr yeni texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdür. Bu barədə geniş bəhs etmə fikrimiz yoxdur. Çünki mövzumuz bu deyil. Ancaq texnologiyadan danışarkən, çox mühüm bir məsələyə toxunmaq istərdik. Belə ki, heç kimə sirr deyil ki, mütəxəssislərin də dediyi kimi texnologiyanın inkişafı şəksiz-şübhəsiz sosial medianın bir qanadı olan sosial şəbəkələrin gündəlik həyatımızın mühüm tərkib hissəsinə çevrilməsinə şərait yaradıb. Yəni sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq. O bu gün böyük insan kütlələrinin şüuruna təsir edən mühüm amilə çevrilib də deyə bilərik.

Məsələ orasındadır ki, bəzi hallarda bu platformalarda özünü siyasətçi adlandıran, siyasətçi adına iddia edən bəzi avantüristlər özlərinin ağlasığmaz, xəstə təfəkküründən, məkrli niyyətlərindən doğan yalanlarına həqiqət donu geyindirərək xalqa, cəmiyyətə sırımağa çalışırlar. Yəni, ən çirkin vasitələrlə ictimai rəyi çasdırmağa çalışırlar.

Bu mənada radikal müxalifətin başbilənlərindən biri, antimilli “Milli Şura”nın Koordinasiya Mərkəzinin üzvü, siyasi təlxək, dil canbazı Tofiq Yaqublunun bu günlərdə sosial şəbəkələrin əsas platformalarından olan “You Tube”dəkı növbəti əxlaqsızcasına sərsəmləməsini görəndə buna bir daha əmin oldum. Qaranlıq xarici qrant mənbələrindən gizlicə aldığı çirkli pulları sakitcə, xımır-xımır yeyən T.Yaqublunun orada Fransa haqqında dediklərini dinlədikcə sanki başımıza qaynar su tökdülər.  “Milli şura”çı, “müsavat”çı, nə bilim daha nəçi-nəmənəçi olan T.Yaqublu deyir ki, Fransanın ermənipərəst mövqedə olması qəbahət deyil. Bunun ardınca ağzına gələni üyüdür, yəni deyir: “Bu ölkənin həm senatı, həm də xalq məclisi, yəni parlamentinin hər iki palatası “dağlıq qarabağın” müstəqilliyini tanıyıb. Orada cəmi bir addım qalıb ki, o da Makronun bu sənədi təsdiqləməsidir”. Bu xəyanətkar daha sonra bildirir: “Fransanın ermənipərəst mövqeyi bizə sərf edən mövqedir”.

Buradaca belə bir sual meydana çıxır: Görəsən, T.Yaqublu “biz” deyəndə kimi nəzərdə tutur, erməniləri, separatçıları, yoxsa antimlli şuranı?

Daha nə deyəsən?.. Ustad Cəlil Məmmədquluzadə demişkən tfu, sizin sifətinizə. Həm də ki, vay sənin və sənin kimilərin halına. Damarlarında azərbaycanlı qanı axan, özünü siyasətçi adlandıran bir adamın dili necə dönər ki, belə kəlmələr işlətsin? Müqəddəs Qurani - PKərimdə belələri üçün deyilir: Vay sənin halına? vay! Yenə də vay sənin halına? vay! Məgər insan güman edir ki? o başlı-başına (cəzasız) buraxılacaq?!.

Zahid Rza, “İki sahil”