Bakıda II Milli Qurama Festivalı İçərişəhər ərazisində yürüş ilə başlayıb.
“İki sahil” xəbər verir ki, yürüşdə təcrübəli quramaçıların müşahidəsi ilə İçərişəhər və Qala qoruqlarının bir neçə məkanında paytaxt sakinləri, turistlər və İdarənin əməkdaşları tərəfindən tikilən qədim tikmə növü olan Qurama nümayiş etdirilib.
Unudulmaq təhlükəsini yaşayan milli sənət nümunəmizə həsr edilən Qurama Festivalı müxtəlif tədbirlərlə davam edəcək.
Festival çərçivəsində sizləri “Ənənəvi Qurama” sərgisinin nümayişi, ustad dərslərinin keçirilməsi, quramaçı sənətkarlarının əl işlərindən ibarət satış yarmarkalarının təşkili, fond kolleksiyalarından ibarət quramaların nümayişi, habelə, qurama sənətkarları ilə yanaşı həvəskar kolleksioner quramaçıların əl işlərinin nümayişi kimi çoxşaxəli proqram gözləyir.
II Milli Qurama Festivalı İçərişəhərdən başlayaraq Bakı və bölgələri əhatə edəcək.
II Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilir.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?