Çinin cənubunu və Tayvanı vuran Doksuri tayfunu güclü yağışa və güclü küləyə səbəb olub.
“İki sahil” xəbər verir ki, elektrik xətləri qırılıb, ağacları kökündən çıxıb, bir stadion zədələnib. "Doksuri" qasırğası məktəblərin, müəssisələrin bağlanmasına və dənizdəki neft və qaz yataqlarından işçilərin evakuasiyasına səbəb olub.
“Doksuri”dən 724 mindən çox insan zərər çəkib, 124,4 min nəfər təxliyə edilib. Birbaşa iqtisadi zərər isə 52,27 milyon yuan (7,30 milyon dollar) təşkil edib.
El poderoso Tifón Doksuri toca tierra en la provincia de Fujian, China. pic.twitter.com/v9mBodG79A
— El Ojo de Jebus (@Chufl3t3r0) July 28, 2023