"Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir".
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətlə bağlı bəyanatında bildirilib.
Qeyd olunub ki, bütün bunlar, xüsusilə də, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radio-elektron müdaxilələr dözülməzdir və yolverilməzdir.
Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür.
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır