Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistana xəbərdarlıq edib.
“İki sahil” xəbər verir ki, XİN-in bölgədəki son vəziyyətə dair bəyanatında bildirilib ki, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radioelektron müdaxilələr dözülməzdir və yolverilməzdir.
"Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür", - bəyanatda qeyd edilib.
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır