29 iyul 2023 11:21
433

Tomas Qolts vəfat edib

Amerikalı jurnalist, ADA Universitetinin fəxri doktoru Tomas Qolts vəfat edib.

“İki sahil” xəbər verir ki, juranlist 69 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, T.Qolts Qarabağ münaqişəsi ilə bağlı yazılmış ilk kitablardan olan “Azərbaycan gündəliyi”nin müəllifidir. Onun “Washington Post”, “National Interest” və digər nüfuzlu kütləvi informasiya vasitələrində dərc etdirdiyi məqalələr Azərbaycanın dünya ictimaiyyətinə tanıdılması və Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq mediada işıqlandırılması işinə töhfə verib.