29 iyul 2023 16:45
480

Ceyhun Bayramovun Türkiyəyə səfərinin proqramı açıqlanıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə rəsmi səfər edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Səfər iyulun 31-də baş tutacaq.

“Səfər zamanı dost və qardaş Azərbaycanla ikitərəfli münasibətlərimizin və əməkdaşlığımızın müxtəlif aspektlərinin müzakirəsi, eləcə də regionumuzda baş verən proseslərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulur”, - məlumatda deyilib.