Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova İtaliyada səhnələşdirilən operada çıxış edib.
“İki sahil” xəbər verir ki, İtaliya Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Kalabriya regionunun Tropea şəhərində dahi bəstəkar Cüzeppe Verdinin “Traviata” operası konsert formatında tamaşaçılara təqdim olunub. Tamaşada baş rolu Əməkdar artist Afaq Abbasova ifa edib. Opera italiyalı dirijor Alberto Veronesi tərəfindən idarə olunub.
Afaq Abbasova xoş təəssüratlar yaşadığını və bu ay ərzində İtaliyada dünyaşöhrətli ifaçılarla ikinci dəfə eyni səhnəni bölüşməkdən məmnunluğunu bildirib. Əməkdar artist ona dəstək olan hər kəsə təşəkkür edib.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?