30 iyul 2023 17:44
655

Ramildən qol ötürməsi - VİDEO

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Tailandın "Buriram Yunayted" klubu növbəti yoxlama oyununu keçirib.

“İki sahil” xəbər verir ki, komanda Tailandın "Kxonkan Yunayted" klubu ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.

Ramil Şeydayev də bu oyunun iştirakçısı olub. 90 dəqiqə meydanda olan 26 yaşlı hücumçu ilk qolun ötürməsini edib.

Qeyed edək ki, Şeydayev bir neçə gün əvvəl Honkonqun "Kitçi" klubu ilə sınaq matçında da (3:2) qol ötürməsi etmişdi.

Ramil Şeydayevin bugünkü oyundakı qol ötürməsinini videosunu təqdim edirik.