Ermənistan Azərbaycana qarşı nifrət siyasətini və dözümsüzlüyünü davam etdirir.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, son günlər sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən azərbaycanlılara qarşı nifrət dolu təhqirləri əks etdirən mesajlar bir daha göstərir ki, Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı çoxdankı nifrət siyasətini davam etdirir:
"Əvvəlki açıqlamalarımızda da qeyd etdiyimiz kimi, Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının hüquqlarının təmin edilməsi məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasındadır. Ermənistan Ombudsmanının vətəndaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı əsassız iddiaları tamamilə yersizdir və başqa ölkənin suverenliyinə müdaxilədir. Bütün bunlara baxmayaraq, Ermənistan siyasi rəhbərliyinin dəstəyi ilə mediada hadisələrin qərəzli şəkildə şişirdilməsi və insanlar arasında nifaq salması regionda davamlı sülh prosesinə mane olur və eyni zamanda mövcud vəziyyətin daha da gərginləşməsinə xidmət edir".
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır