Türkiyə beynəlxalq aləmi Azərbaycanla Ermənistan arasında danışıqlara mane olmamağa çağırır.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə normallaşma prosesini tam dəstəkləyir və işğaldan azad olunmuş ərazilərin bərpa prosesində aktiv iştirak edir.
Hakan Fidan əlavə edib ki, normallaşma prosesi bölgənin inkişafı və sabitlik üçün vacibdir.
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır