44 günlük Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri olmayan səviyyədə bir həmrəylik və qardaşlıq münasibətlərinin bariz nümunəsi olub.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, Türkiyə hökuməti və xalqının dəstəyi tarixi zamanda əlavə güc verib.
“Müharibə zamanı olan mənəvi və siyasi dəstəyə əlavə olaraq, bu gün işğaldan azad olunmuş ərazilərin bərpası zamanı oraya yenidən, uzun onilliklərdən sonra həyatın qayıtdığı bir zamanda, vətən həsrəti ilə yaşayan məcburi köçkün və qaçqınlarımızın ata-baba torpaqlarına qayıdışında, bu sülh quruculuğunda da Türkiyənin Azərbaycanın yanından olması bizim üçün çox önəmli və rəmzi məna daşıyır. Bu gün, demək olar ki, o bölgələrdə bütün icra olunan layihələrdə, Azərbaycan şirkətləri ilə yanaşı türk şirkətlərinin iştirakı bizim üçün vacibdir”.
Nazir Bayramov onu da əlavə edib ki, Zəngəzur dəhlizinin açılması yeni dönəmdə xüsusi aktuallıq kəsb edir.
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır