31 iyul 2023 16:33
396

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident iqamətgahında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

“İki sahil”in verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl Ceyhun Bayramov Türkiyə XİN rəhbəri Hakan Fidanla görüşüb.