Meşəli faciəsinin şahidi Ədalət Salmanov:
Əhalinin sayını nəzərə alsaq ermənilərin Meşəlidə törətdikləri qırğın Xocalı soyqırımı qədər dəhşətlidir. Bizim kənd kiçik bir kənd idi. Əhalisi də çox deyildi, cəmi 360 nəfərdən bir az artıq olardı. Onlardan da girov götürülənlərlə birlikdə 30-a yaxını bir gündə vəhşicəsinə qətlə yetirildi.
Mən o cinayətkar Xaçatryanın özünü, atasını, əmisini tanıyırdım. Bizdən sonra Xocalı soyqırımının törədilməsində də iştirak edib. Bu uzun illər ərzində şəhidlərimizin qanı yerdə qalıb deyə, dinclik tapa bilmirdik. Ancaq indi kəndimizdə qanlı cinayətlər törətmiş V.Xaçatryanın həbs olunması ilə ürəyimiz rahatlıq tapır. Elə Elə Meşəli şəhidlərinin də ruhu dincəlir!
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır