Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il avqust ayının 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz şəhər və rayonların sakinlərinin qəbulu tarixi avqust ayının 4-nə dəyişdirilib.
“İki sahil” DİN-dən verilən məlumta istinadən xəbər verir ki, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.08.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır