31 iyul 2023 19:26
340

Ərdoğan: Ermənistanla normallaşma prosesi üçün Zəngəzur dəhlizinin tezliklə açılması vacibdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən Ermənistanla münasibətlərin normallaşdırılması prosesini də müzakirə edib.

İki sahil "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan qeyd edib ki, Ermənistanla normallaşma prosesi üçün Zəngəzur dəhlizinin tezliklə açılması və Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanması vacibdir.