“Azərbaycan dini və mədəni dəyərlərlə bağlı olduğu Mərakeş ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verir”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Mərakeşin dövlət bayramı - Kral VI Məhəmmədin taxta çıxmasının ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə deyib.
“Biz iki ölkə arasında tarixi dostluq əlaqələrinin inkişaf səviyyəsindən razıyıq, bu əlaqələri daha da inkişaf etdirmək və əməkdaşlığımızı genişləndirmək əzmindəyik”, - nazir müavini bildirib.
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır