Naxçıvan Muxtar Respublikası Ali Məclisinin avqustun 1-də keçirilən növbədənkənar sessiyasında Laçın yolunda baş verənlərə münasibət bildirilib.
“İki sahil”in xəbərinə görə, müzakirələr zamanı qeyd olunub ki, Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsində humanitar yardım adı ilə təxribat törətməsi qəbuledilməzdir.
Ali Məclis İrəvanı belə hallara son qoymağa çağırıb.
Qeyd olunub ki, muxtar respublikanın qanunverici orqanı və ictimaiyyəti Prezident İlham Əliyevin bununla bağlı həyata keçirdiyi siyasəti dəstəkləyir.
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır