01 avqust 2023 13:26
634

Rəfiqə Hüseyn-zadə SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad edilib

Rəfiqə Abdul Ağa qızı Hüseyn-zadə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsindən azad edilib.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.