“Azərbaycan dili dünyada daha yaxşı tanınmağa layiqdir”.
“İki sahil” xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Ann Buayon 1 avqust - Azərbaycan Dili və Əlifbası Günü münasibətilə tviter hesabındakı paylaşımında qeyd edib.
Diplomat Azərbaycan dilini öyrədən müəllimlərə təşəkkür edib, eyni zamanda özü də daxil olmaqla bu dili öyrənənlərə uğurlar arzulayıb.
“Bu gün Azərbaycan dili günüdür. Onu öyrədən bütün müəllimlərə təşəkkür edirəm və öyrənənlərə (mən də daxil olmaqla) uğurlar! Bu gözəl dil dünyada daha yaxşı tanınmağa layiqdir!”, - A.Buayon vurğulayıb.
Bu gün azərbaycan dili günüdür. Onu öyrədən bütün müəllimlərə təşəkkür edirəm və öyrənənlərə (mən də daxil olmaqla) uğurlar !
— Anne Boillon (@Niece_de_Rameau) August 1, 2023
Bu gözəl dil dünyada daha yaxşı tanınmağa layiqdir!pic.twitter.com/NvgGjof9tN
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır