“Bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb”.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev “Euronews” kanalına müsahibəsində Ukraynada münaqişənin başlamasından sonra Cənubi Qafqaz ölkələrinin Rusiya ilə münasibətlərinə dair suala cavabında deyib.
Dövlət başçısı bildirib ki, ümumilikdə region haqqında demək çətindir, çünki Cənubi Qafqaz bölgəsi üç ölkədən ibarətdir: “Biz Rusiyanın Cənubi Qafqazdakı qonşularımızla qarşılıqlı əlaqələrini sadəcə müşahidə edə bilərik. Azərbaycana gəldikdə isə, elə də ciddi dəyişiklik yoxdur. Çünki bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Onlar bir-birimizin milli maraqlarının və əlbəttə ki, ərazi bütövlüyünün və suverenliyin tanınmasına əsaslanır”.
Ərdoğan: Azərbaycan Türk dövlətlərinin ortaq məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verir
TDT-nin müasir mərhələdə gerçəkləşdirdiyi layihələrin bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır