02 avqust 2023 18:23
403

Futbolçunu timsah yedi VİDEO

Kosta-Rikanın həvəskarlardan ibarət “Deportivo Rio Canas” klubunun futbolçusu Xesus Alberto Lopes Ortis faciəli şəkildə ölüb.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, “Çuço” ləqəbi ilə tanınan, iki uşaq atası, 30 yaşlı hücumçu sərinləmək üçün çayda çimərkən timsahın hücumuna məruz qalıb.

Futbolçunun cəsədini yırtıcının ağzından çıxarmaq üçün polis timsahı güllələyərək öldürüb.