08 aprel 2016 00:18
1207

Reyhanı evdə necə əkək?

Yaxşı olar ki, mətbəxə aid olan göyərtiləri balaca qablarda əkib mətbəxdə böyüdülsün.

Reyhan necə əkilməlidir?

Reyhan adətən martın 2-ci yarısından əkilməyə başlanılır. Otaq şəraitində saxlanılırsa, fevral ayından da əkmək olar. Reyhana gün vurran kimi böyüməyə başlayacaq. 

Reyhanın əkilməsi üçün qidalandırıcı qidalandırıcı substrat hazır ala bilərsiniz. Ancaq özünüz də hazırlaya bilərsiniz . Bu vermikulit, perlit və torf qarışığıdır. Torpaqla qarışdırılır və üzərinə su  töküllür. Və qalın təbəqədə yox nazik təbəqədə reyhan toxumu səpilir üzərinə qida plyonkası çəkilir. Reyhan yeni cücərməyə başladıqdan sonra üzərindəki plyonkanı çıxarmaq olar. Hər gün az miqdarda sulanır. Reyhan 2 yarpaq cücərdikdə çıxarıb başqa qablara artırmaq olar. Reyhanın böyüyüb genişlənməsi üçün ucundakı toxumluq yerini kəsmək olar.