06 avqust 2023 02:10
425

Misirdə nazirlik binası yandı - VİDEO

Misirin paytaxtı Qahirədə Vəqf Nazirliyinin binasında yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları göndərilib.

Məlumata görə, yanğın zamanı xəsarət alan beş nəfər xəstəxanaya aparılıb.

Qeyd olunur ki, nazirlik binası Misirdəki tarixi binalardan biridir.

Polis yanğının səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

Oxu.Az