11 avqust 2023 12:59
598

Moskvaya PUA-larla hücumun görüntüləri yayılıb - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna və Belarus teleqram kanalları yazıb.

Sosial şəbəkələrdə həmçinin partlayışın görüntüləri də yayılıb.

Təfərrüat hələ ki, məlum deyil.

Qeyd edək ki, Moskvadakı Vnukovo hava limanı təyyarələrin uçuş və enişi üçün müvəqqəti bağlanıb.