12 avqust 2023 10:48
490

Qarabağdakı erməni quldurları sülhməramlıların “çətiri” altında döyüş postlarına dəstək vasitələri daşıyır - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin “çətiri” altında olan erməni quldur dəstələrinin qanunsuz fəaliyyəti davam edir.

“İki sahil” xəbər verir ki, bu barədə “Calibr” videogörüntülər yayıb.

Videodan avqustun 11-də Xankəndi-Kərkicahan-Xəlfəli yolunda Rusiya sülhməramlılarının zirehli transportyorunun müşayiəti ilə erməni quldur dəstələrinin döyüş postlarına dəstək vasitələrinin ötürüldüyü görünür.