13 avqust 2023 22:51
384

Qurban Qurbanovdan transfer açıqlaması

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov transfer planlarından danışıb.

“İki sahil” xəbər verir ki, o, Misli Premyer Liqasının 1-ci turunda bu gün "Turan Tovuz"la keçirilən oyundan (3:0) sonra təşkil olunan mətbuat konfransında bununla bağlı sualı cavablandırıb.

O qeyd edib ki, danışıq aparılan bir neçə oyunu var: "Transfer ola bilər. Bir neçə oyunçu var ki, danışıqlar gedir. Mövqeyə gəlincə, istənilən yer olması mümkündür. Çox oyunçu ilə maraqlanmışıq.