SOCAR-ın “Karyera” bölməsində “Testləşdirmə” adı altında yeni alt bölmə yaradılmışdır
SOCAR-da insan resurslarının idarə edilməsi sisteminin tam tətbiqi və davamlı olaraq inkişaf etdirilməsi istiqamətində görülən işlər çərçivəsində vətəndaşların operativ və mərkəzləşdirilmiş qaydada məlumatlandırılmasına xüsusi əhəmiyyət verilir. İctimaiyyətin insan resurslarının idarə edilməsi üzrə zəruri informasiyalarla tanış edilməsi, keçirilən müsabiqələr haqqında vaxtında və ətraflı məlumatlandırılması məqsədi ilə SOCAR-ın korporativ veb-səhifəsi olan www.socar.az saytında fəaliyyət göstərən “KARYERA” bölməsində vətəndaşların test imtahanları haqqında məlumatları daha dolğun və asan əldə etmələri üçün “Testləşdirmə” adlı yeni alt bölmə yaradılmışdır.SOCAR üzrə keçirilən test imtahanları haqqında bütün zəruri məlumatların əks olunduğu bu bölmədə müxtəlif istiqamətlər üzrə qaydalar, eləcə də test imtahan mövzuları və test nümunələri fəhlə və qulluqçu kateqoriyalarına aid edilməklə yerləşdirilmişdir.
Vətəndaşlar bu bölməyə birbaşa daxil olmaq üçün bu linkdən istifadə edə bilərlər. Qeyd edilən bu link, namizədə kömək məqsədi ilə test imtahanlarına dəvət edilmiş vətəndaşların elektron poçt ünvanlarına da göndərilir.