12 aprel 2016 18:40
93

Sərxoş sürücülərə maraqlı cəza

Tailand məhkəmələri buddistlərin yeni ili olan yeddi günlük Sonqkrana bayramı zamanı sükan arxasında sərxoş vəziyyətdə saxlanılan sürücüləri xəstəxana morqlarında 15 sutkalıq ictimai-faydalı əməyə məhkum etməklə cəzalandıracaq.

AZƏRTAC xəbər verir ki, Tailand milli polisinin xüsusi idarə rəisi polkovnik Krianqdet Çantxaravonqun sözlərinə görə, sərxoş sürücülər bu üsulla sükan arxasında alkoqollu içkilərin nələrə gətirib çıxardığını əyani surətdə görə biləcəklər.

Aprelin 10-dan 17-dək Tailandda və bəzi qonşu ölkələrdə buddistlərin yeni ili - Sonqkrana bayramı qeyd olunur. Əksər tailandlılar bayramı ailə üzvləri ilə birgə keçirmək üçün məzuniyyət götürərək doğma yurdlarına gedirlər. Bu zaman ölkə yollarında avtomobillərin, avtobusların və motosikletlərin kütləvi hərəkəti bayram günlərini “ölümcül təhlükəli həftəyə” çevirir.