Göygöl şəhərində fərdi yaşayış evində uçqun altında qalmış 1987-ci il təvəllüdlü Cəfərov Emin Əlivənd oğlunun meyiti FHN-in qüvvələri tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
“İki sahil” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd edilib ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it cəlb olunub.
***
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.
Xilasedicilər xüsusi texnika və avadanlıqlardan istifadə etməklə axtarış-xilasetmə işlərini davam etdirir.
Əlavə məlumat veriləcək.
***
Göygöldə çökən binanın dağıntıları altında qalan şəxsin kimliyi məlum olub.
“İki sahil” xəbər verir ki, bu, Cəfərov Emin Əlvan oğludur.
***
Göygöldə binanın zirzəmisi çöküb.
“İki sahil” xəbər verir ki, hadisə Heydər Əliyev prospektində yerləşən binada qeydə alınıb.
İlkin məlumata görə evdə təmir gedərkən çökmə zamanı 1 nəfər dağıntı altında qalıb. Hadisə yerinə polis və FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Hazırda xilasetmə işləri gedir.
Göygöl RİH-in rəhbərliyi də hadisə yerindədir.