13 aprel 2016 01:52
228

Maşın evakuatordan düşdü

Rusiyada olduqca maraqlı hadisə baş verib.

"ATV Xəbər" bildirir ki, qəzaya uğrayan avtomobil hərəkətdə olan evakuatorun yük hissəsindən yola düşüb. Maraqlısı budur ki, nəqliyyat vasitəsi yerə düşdükdən sonra , evakuatorun sürücüsü hadisənin fərqinə varmayıb. Digər sürücülər nə qədər çalışsalar da, sürücünü xəbərdar etmək mümkün olmayıb.

Yalnız bir neçə yüz metrdən sonra gənc sürücü  hadisədən xəbər tutub  və geri qayıdaraq nəqliyyat vasitəsini evakuatora  yükləyib.

Xoşbəxtlikdən avtomobil  evakuatordan yola düşərkən, yük maşını ilə  arxadan gələn digər nəqliyyat vasitələri arasındakı məsafə kifayət qədər çox olub. Əks halda sürücülər manevr edə bilməyəcəkdi, bu da daha bir qəzanı qaçılmaz edəcəkdi.