13 aprel 2016 19:32
79

69 yaşında qələbə qazandı, tarixə düşdü

İdmanın ən gəlirli növlərindən olan tennisdə maraqlı hadisə yaşanıb.

Beynəlxalq Tennis Federasiyasının (BTF) keçirdiyi rəsmi turnirə 69 yaşında qadın idmançı Qeyl Falkenburq da qatılıb.

ABŞ-da baş tutan yarışda Falkenburq ilk görüşünü 22 yaşlı Rozalin Smolla qarşı keçirib. Özündən yaşda təxminən 3 dəfə kiçik olan idmançı ilə mübarizədən qalib ayrılan tərəf Falkenburq olub - 6:0, 6:1. Onun bu qələbəsi bütün dünyada rezonans doğurub. Belə ki, Falkenburq BTF-nin keçirdiyi rəsmi yarışda qələbə qazanan ən yaşlı tennisçi kimi tarixə düşüb.
 
Növbəti görüşündə isə o, Teylor Taunsendlə üz-üzə gəlib və budəfəki dueldən məğlub ayrılıb - 0:6, 0:6.
 
Qeyd edək ki, 1947-ci ildə anadan olan Qeyl Falkenburq peşəkar tennisdə debütünü 30 il əvvəl, yəni 1986-cı ildə edib.

Apasport.az