11 fevral 2016 20:13
375

Qurğu təmirdən sonra istismara buraxılıb

Heydər Əliyev adına Neft Emalı Zavodunun 3 nömrəli istehsalat sahəsinin katalitik riforminq qurğusu təmirdən sonra istismara buraxılmışdır.

Qurğunun hidrotəmizləmə bölməsinin istidəyişdiricisində olan nasazlığın, platforminq bölməsindəki reaktorun mərkəzi borusunda və səbətlərdə tutulmaların aradan qaldırılması məqsədi ilə aparılan təmir işlərinə zavodun 13 nömrəli təmir-quraşdırma sahəsinin müxtəlif təyinatlı briqadaları, eləcə də istehsalat sahəsinin texniki heyəti cəlb olunmuşdur.

Bundan əlavə, qurğunun bir neçə su buxarı xətti təmir edilmiş, platforminq bölməsindəki sobada torkret-beton işləri yerinə yetirilmiş, sobanın üst hissəsində metal təbəqələr dəyişdirilmiş, qurğunun bəzi bölmələrində aparatlar açılıb təmizlənmişdir. Fevral ayının əvvəlllərindən başlanılmış təmir işləri uzadılmış iş rejimində aparılaraq, qısa müddətdə keyfiyyətlə yerinə yetirilmişdir.