14 aprel 2016 18:21
212

Rusiya və İran TANAP-a qarşı yeni layihə hazırlayır

İran və Rusiya  Türkiyə ilə Azərbaycanın müştərək layihəsi olan TANAP-a yeni kanal layihəsi ilə zərbə vurmaq istəyirlər. 

Milli.Az avropa.info-ya istinadən bildirir ki, Türkiyə və Azərbaycan arasında həyata keçirilən TANAP layihəsinə qarşı Rusiya və İranın əməkdaşlıq etdiyi iddia olunur. 

İddiaya görə, İran və Rusiya Xəzər dənizini Bəsrə körfəzinə bağlayacaq bir kanal layihəsinin üzərində işləyirlər.

İran prezidenti Həsən Ruhaninin rəflərdə qalan və "İranın Süveyş kanalı" adlandırılan layihəni həyata keçirmək istədiyi və bu layihə üçün Rusiyadan yardım istədiyi bildirilir. Layihəyə görə, Xəzər dənizi süni kanal vasitəsilə Bəsrə körfəzinə bağlanacaq.

Təxminən 7 milyard dollara başa gələcək və 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılan kanal vasitəsilə  Qazaxıstan, Türkmənistan, Rusiya və İran neft və təbii qazı açıq dənizlərə daşıya biləcək.

Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi TANAP layihəsi  isə  Xəzər-Aralıq dənizi marşrutu üzrə enerji xəttini təşkil edir. 

İddiaya görə, bu vəziyyət isə təbii olaraq Rusiya və İranı narahat edir. Bu səbəbdən iki ölkə TANAP ilə itirdikləri Azərbaycana, bir alternativ təqdim etməyə çalışırlar.

Rusiya bu kanalla Türkiyənin kanal İstanbul layihəsinin önünə keçməyə, eyni zamanda Türkiyə boğazlarına ehtiyac duymadan, açıq dənizlərə çıxmağı hədəfləyir.