İş yerləri, restoranlar və digər böyük məkanlarda yüzlərlə oturacağı səliqəli düzmək üçün cəmi bir neçə saniyə vaxt tələb olunur.
Alqış səsi ilə işləyən "ağıllı oturacaq"lar sözün əsl mənasında ağıllı davranır. Təlimatçının əmrindən sonra dərhal hərəkətə keçən oturacaqlar yerlərini alır. Maraqlıdır ki, bu zaman onlar bir-birlərinə mane olmur. Nəticədə oturacaqlar arasında heç bir qarışıqlıq yaranmır. Bütün bunlar isə oturacaqlara quraşdırılan kiçik cihaz sayəsində baş verir.
Yaponiyanın nüfuzlu avtomobil şirkəti "Nissan"ın təqdim etdiyi yeni məhsul dünya miqyasında böyük maraqla qarşılanıb. Bunu nəzərə alan şirkət, "ağıllı oturacaqlar"ın istehsalını artırmağı planlaşdırır.