14 aprel 2016 22:10
167

Qərb Ermənistanı ikiüzlü elan etdi: İrəvan satqınlıq edir

“Ermənistan dövlət olmaqdan imtina etdikdən, rəhbərlər milli maraqları satdıqdan sonra Qərbdən hansısa dəstəyi gözləmək mənasızdır”.

Publika.az xəbər verir ki, bu barədə “armenianreport” saytının Ermənistanda Rusiya əleyhinə keçirilən aksiyalar haqda məqaləsində deyilir.

Sayt qeyd edir ki, Rusiya əleyhinə aksiyaları təşkil etmək asandır, hətta Dmitri Roqozini “persona non grata” da elan etmək olar: “Amma buna Qərbdə kim inanacaq?! Axı bizi doğrudan da gic vəziyyətinə qoyublar. Brüsseldə, yaxud Londonda diaspor nümayəndələri anti-Rusiya aksiyası keçirirlər. Təsəvvür edin, aksiyaya yaxınlaşan belçikalı, yaxud ingilis Rusiyaya etiraz edənin kimliyini soruşur. Ona, “Ermənistan” deyə cavab verilir. Deyək ki, həmin ingilis, yaxud belçikalı siyasətlə maraqlanmır. Amma internetə girib axtarır və görür: Ermənistan MDB, Avrasiya İqtisadi İttifaqının, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Nikaraqua, Vanuatu kimi ölkələrlə eyni sırada çıxış edərək, Krımın zəbt edilməsini dəstəkləyib. Buna belçikalı, yaxud ingilis necə reaksiya verəcək? Ən yaxşı halda düşünəcək ki, nəyisə qarışdırır. Ən pis halda isə Ermənistanı ikiüzlü adlandıracaq. Və onun sözləri həqiqəti ifadə edəcək”.

Sayt yazır ki, Ermənistan Rusiya qoşunlarını ölkədən çıxarsa, Moskva ilə bütün əlaqələri kəsib onun qurduğu ittifaqlardan imtina edərsə, Qərb yalnız o zaman İrəvana inanar.

“Çünki Ermənistan dövlət olmaqdan imtina edəndə, ölkə rəhbərləri satqınlıqla məşğul olanda bizə qarşı münasibətin dəyişməyəcəyi aksiomadır”, - deyə məqalədə qeyd olunur.