Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya faciəsi ilə bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda deyilir ki, 31 il əvvəl bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində qətliam törədilib.
“Nəticədə 6-sı azyaşlı olmaqla 24 azərbaycanlı mülki şəxs, o cümlədən 6 aylıq körpə və 93 yaşlı qadın vəhşicəsinə qətlə yetirilib”, - məlumatda deyilir.
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılış mərasimi olub