Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistana başsağlığı verib.
“İki sahil”in xəbərinə görə, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Tacikistanın bir sıra bölgələrində leysan yağış və torpaq sürüşməsi nəticəsində çoxlu sayda insan tələfatının yaşanması xəbərinə dərindən kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Dost Tacikistan hökuməti və xalqı ilə həmrəyik", - başsağlığı mətnində bildirilib.
Prezident İlham Əliyev İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İƏT-in üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılış mərasimi olub