Məşhur amerikalı aktrisa, teleaparıcı və ssenarist Arlen Sorkin vəfat edib.
"İki sahil" xarici mətbuata istinadən xəbər verir ki, uzun müddətdir xəstəlikdən əziyyət çəkən aktrisa 68 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Sorkin "Betmenin yeni macəraları", "Statik şok", "Ədalət liqası", “Həyatımızın günləri”, “Freyzer” və “Gözəl adam” kimi layihələrdə rol alıb.