29 avqust 2023 18:53
284

Sülhməramlılar humanitar yüklə bağlı məlumatlandırılıb

Biz öz məramımız barədə Rusiya sülhməramlılarının komandirinə bildirdik ki, Azərbaycan Qızıl Aypara cəmiyyətini təmsil edirik.

“İki sahil” xəbər verir ki, bunu Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

"Onlar da öz rəhbərliklərinə məruzə etdilər. Olan cavabı bizimlə bölüşəcəklər", - o qeyd edib.

***

Humanitar yardımı aparan karvan artıq Ağdam-Xankəndi yoluna çatıb.

Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri yükün keçirilməsi ilə bağlı rus sülhməramlılarla danışıqlar aparır. Hazırda yükü aparan TIR-lar gözləmədədir.