29 avqust 2023 22:36
398

Ermənilər sülhməramlıların maşınına hücum etdi

Bir qrup erməni Ağdam - Xankəndi yolunda sülhməramlıların avtomobilinə hücum edib.

“İki sahil” xəbər verir ki,  bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Onlar RSK-nın avtomobilində azərbaycanlı olduğunu iddia ediblər.

Lakin erməni bloger Mika Badalyan bildirib ki, üzünü tutan şəxs rus sülhməramlılarının mətbuat xidmətinin fotoqrafıdır.