13 aprel 2018 14:11
1205

Dubayda “ağıllı” avtomobil nömrələri

Dubayda “ağıllı” avtomobil nömrələri təcili xidmətləri müstəqil çağıra biləcəklər

Dünyada nəqliyyat vasitələrinin “ağıllı” avtomobil nömrələri ilə təchiz ediləcəyi ilk ölkə Dubay olacaq. Fövqəladə vəziyyətlərdə bu nömrələr polisə və təcili yardım mərkəzinə avtomatik olaraq xəbərdarlıq göndərə biləcəklər.

AZƏRTAC Birləşmiş Ərəb Əmirliklərinin KİV-lərinə istinadla xəbər verir ki, Əmirliklərin Yol və Nəqliyyat İdarəsinin məlumatına görə, artıq gələn ay bu pilot layihə “Tag2Connect” (T2C) platforması bazasında buraxılacaq. “Dubai Achievements Exhibtion (DIGAE)” sərgisində təqdim olunan bu sistem hazırda avtomobillərdəki metal nömrələri “ağıllı” nömrələrlə əvəzləyəcək, həmçinin onları “ТС GPS”, ötürücü və çiplə təchiz edəcək.

Qeyd olunur ki, “InternetofThings” (IoT) və blokçeyn texnologiyasına əsaslanan T2C platforması real vaxt ərzində birbaşa, fasiləsiz olaraq nəqliyyat vasitələri arasında, həmçinin yol hərəkətinin monitorinq mərkəzi ilə əlaqəni təmin edəcək. Fasiləsiz əlaqə avtomobillərə bir-biri ilə, həmçinin ehtiyac yarandığı halda məlumatları mərkəzi sistemə ötürməklə, hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə saxlamağa kömək edəcək.