Nə səbəbdən müasir Ermənistanın paytaxtı İrəvanın tarixi mərkəzi yoxdur? Axı ermənilər bu şəhərin "Romadan daha qədim" olduğunu iddia edirlər! Niyə bu şəhərin qədim erməni məskəni olduğunu təsdiqləyən bir kərpic belə günümüzə qədər gəlib çatmayıb? Biz bilirik ki, İrəvan qədim Azərbaycan şəhəri, türk yurdudur. Qalaları, sarayları, məscidləri ilə. Ermənilər bu tikililəri “yeni şəhərsalma” adı ilə ötən əsrin 50-60-cı illərində dağıdıb, yer üzündən siliblər. Çünki bu tarixi abidələr şəhərin haylara məxsus olmadığının əyani sübutu idi...

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev sosial şəbəkə hesabında paylaşıb.
Deputat qeyd edib ki, özləri dünyaya “genosid”, “blokada”, “humanitar böhran”, “aclıqla soyqırımı” barədə car çəkirlər, amma bəşəriyyətə qarşı cinayətlərini, bütöv şəhəri yerlə bir etmələrini, mədəni genosid törətdiklərini ört-basdır etməyə çalışırlar. Bizim Bakımız, Şuşamız, Naxçıvanımız, Şəkimiz, Gəncəmiz, Ağdamımız, Şamaxımız və daha neçə-neçə şəhərlərimizin qədim, tarixi hissəsi, tikililəri var. Bəs Ermənistanın? Kilsə ətrafında formalaşan bir toplumun dünyaya göstərəcəyi də elə müəmmalı tarixləri olan kilsələrdir. Bu dini məbədlərinin xüsusilə ən qədimiləri alban dini mərkəzləri olublar. Əsrlər və illər boyu bu tikililərin üzərində min saxtalaşdırma etsələr də, günü bu gün aparılacaq sadə ekspertiza erməni yalanlarının üzə çıxması üçün yetərli ola bilər. Elə buna görə də İrəvanın tarixi hissəsi indi yoxdur. Məscidləri sökmək olar, kilsələri isə alınmır – dünya başa düşməz!
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Milli Məclisin sədri: İƏT ölkələri hər zaman Azərbaycanla həmrəylik nümayiş etdiriblər
Sahibə Qafarova: İslam dünyası ortaq çağırışlara qarşı birgə fəaliyyət göstərməlidir
Prezident: Torpaqlarımızda İslam mədəni irsinə qarşı törədilmiş cinayətlər islamofobiyanın açıq-aydın təzahürüdür